Dünyanın GÖZLƏDİYİ GÜN gəlib çatdı: Türkiyə bu silahlarını İŞƏ SALIR
Bizi izləyin

Region

Dünyanın GÖZLƏDİYİ GÜN gəlib çatdı: Türkiyə bu silahlarını İŞƏ SALIR

Türkiyə Rusiyadan aldığı S-400 zenit raket kompleksini bu gün sınaqdan keçirməyə başlayır.

Publika.az xəbər verir ki, bu barədə “Milliyet” hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, F-16 qırıcıları və digər uçuş cihazları müdafiə sistemlərinin radarları çərçivəsində test uçuşları keçirəcək. Təyyarələr keçmiş adı “Akıncı” bazası olan Mürtəd Hava Meydanı Komandanlığında yerləşdirilmiş S-400 batareyaları üzərində uçacaq və sistemlərlə tanış olacaq. Sınaqların növbəti günlərdə daha genişmiqyaslı olacağı gözlənilir. Sistemin quraşdırılma və sınaq mərhələlərinin tamamlanmasından sonra 2020-ci ilin aprelində aktivləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyə bu sistemlər üçün Rusiyaya 2,5 milayrd dollar ödəyib. Sifariş edilən 4 batareyadan 2-si Ankaraya göndərilib. Növbədi batareyalar 2020-ci ilin sonunda təhvil veriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm