Putin Türkiyəyə səfərini niyə təxirə saldı? - AÇIQLAMA
Bizi izləyin

Region

Putin Türkiyəyə səfərini niyə təxirə saldı? - AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə yanvarın ilk yarısında səfər edəcək.

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Sözçü bildirib ki, dəqiq tarix daha sonra açıqlanacaq.

Rusiya lideri Türkiyə səfəri ilə bağlı qərarını həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon danışıqlarından birində qəbul edib.

Qeyd edək ki, liderlərin “Türk axını” təbii qaz boru xəttinin tamamlanması münasibətilə təşkil olunacaq tədbirə qatılması gözlənilir. Boru xətti Rusiyanın Anapa şəhərindən başlayaraq 930 km yol qət edir və İstanbul şəhərinin 100 km kənarında bitir.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın Putinin dekabrın ilk yarısında Ankaraya getmək niyyətində olduğunu açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm