İranda 8 agent saxlanıldı
Bizi izləyin

Region

İranda 8 agent saxlanıldı

İranda benzinin bahalaşması ilə bağlı başlayan etiraz aksiyaları zamanı Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan 8 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan 6-sı MKİ-nin təlimatlarını həyata keçirib, 2 nəfər isə xarici ölkələrə məlumat sızdırıb.

Jurnalist adı altında fəaliyyət göstərən şəxslərin MKİ-dən maliyyə dəstəyi aldığı da iddia olunub.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İranda 15 noyabrdan bəri başlayan etiraz aksiyalarında 143 nəfərin öldüyünü açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm