Türkiyənin Ermənistana qarşı hərbi PLANI ÜZƏ ÇIXDI - SENSASİON SƏNƏD
Bizi izləyin

Region

Türkiyənin Ermənistana qarşı hərbi PLANI ÜZƏ ÇIXDI - SENSASİON SƏNƏD

Türkiyə Silahlı Qüvvələrinin Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyatlar hazırlayıb.

Publika.az xəbər verir ki, bu iddia İsveçdə fəaliyyət göstərən “Nordic Monitor” nəşrində dərc olunub.

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahına 2016-cı il mayın 23-də göndərilmiş məxfi xidməti sənədə əsasən verilən məlumatda Ermənistana qarşı 2001-ci ildə təsdiqlənmiş “Altay” kod adlı genişmiqyaslı hərbi əməliyyatlar planından bəzi səhifələr “yoxa çıxıb”. Sənədlərin yoxa çıxması 2016-cı il mayın 4-də Ankara ətrafındakı Akıncı hərbi hava bazasında aparılan yoxlama zamanı müəyyən olunub. İtirilmiş sənədlər arasında Ermənistana qarşı avia-zərbələri nəzərdə tutan və Hərbi Hava Qüvvələrinin 2-ci taktiki komandanlığı tərəfindən hazırlanan “OĞUZTÜRK Hava Harekat Planı” da var.

“Altay” planı isə 2001-ci il iyulun 13-də təsdiqlənib. Həmin xidməti yazışmanın aparıldığı vaxtda plan hələ qüvvədə olub və hazırda da qüvvədədir. “Altay” planı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı tərəfindən hazırlanıb, ümumi planın tərkibinə ayrı-ayrı qoşun növlərinin komandanlıqlarının planları da daxildir.

Qeyd edək ki, nəşrin sahibi türkiyəli jurnalist Abdulla Bozkurtdur. O, FETÖ qruplaşmasının “Today’s Zaman” qəzetinin Ankara bürosunun rəhbəri işləyib. türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra İsveçə qaçıb və orada “Nordic Monitor” nəşrini təsis edib.

Xatırladaq ki, hərbi çevriliş planı məhz Akıncıdan idarə olunub.

“Qolos Armenia” nəşri isə yazır ki, sənədin iki gündür yayılmasına baxmayaraq, Ermənistan rəhbərliyindən hələ də reaksiya gəlməyib. Üstəlik, nəşr diqqəti bu məqama cəlb edir ki, Ermənistana dair hava əməliyyatı planının “itirilməsi” barədə xidməti yazışma 2016-cı ilin aprelində Qarabağda gedən dördgünlük müharibədən bir neçə həftə sonraya təsadüf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm