İran ABŞ-dan cavab gözləyir - 1 saatdan sonra...
Bizi izləyin

Region

İran ABŞ-dan cavab gözləyir - 1 saatdan sonra...

"Rəsmi Tehran əvvəlki kimi Vaşinqtonla danışıqlara hazırdır. Lakin ABŞ sanksiyaları aradan qaldırmalıdır".

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

"ABŞ öz qanunsuz, səhv, terrorçu, zülmkar sanksiyalarını götürdükdən sonra "5+1"in ölkə başçıları görüşə bilər. Belə olan halda hətta 1 saatdan sonra danışıqlara başlaya bilərik".

Qeyd edək ki, 2015-ci ildə "Altılıq" ölkələri (Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran ortaq hərtərəfli fəaliyyət planının əldə olunduğunu elan etdi. Saziş İranın nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyaların ləğvini nəzərdə tuturdu. Lakin razılaşma 3 il belə davam etmədi. 2018-ci ilin mayında ABŞ sazişdən çıxaraq İrana qarşı sərt sanksiyaları bərpa etdi. İran isə öz növbəsində saziş üzrə öhdəliklərin mərhələli şəkildə azaldılacağını elan etdi. 6 noyabrda 4-cü dəfə nüvə sazişi üzrə öhdəlikləri yerinə yetirməkdən imtina etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm