• USD 1,7000 0,00% EUR 1,8738 -0,05%
    • GBP 2,2196 -0,02% RUB 0,0270 -1,11%
election

Rusiya XİN diplomatı "persona-non-qrata" elan etdi

Rusiya XİN diplomatı "persona-non-qrata" elan etdi

Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın Moskvadakı səfirliyinin diplomatını “arzuedilməz şəxs” (“persona-non-qrata”) elan edib.

Publik.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Bolqarıstan Respublikasının Rusiyadakı səfiri Atanas Krıstin dekabrın 5-də Moskvada XİN-ə çağırılıb və ona nota təqdim olunub. Diplomatımız qarşılıqlı prinsip əsasında “persona-non-qrata” elan olunub”, - deyə nazirlik vurğulayıb.

Məlumata görə, bolqar diplomat Rusiyanın Sofiyadakı səfirliyinin “arzuedilməz şəxs” elan olunmuş əməkdaşı ilə eyni statusdadır.

Qeyd edək ki, cari il oktyabrın 28-də casusluqda şübhəli bilinən Rusiyanın Moskvadakı səfirliyinin əməkdaşı Bolqarıstandan çıxarılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR