İran ÇALXALANIR: Prezidentin baş tutmayan planı, 208 nəfər öldürüldü - VİDEO
Bizi izləyin

Region

İran ÇALXALANIR: Prezidentin baş tutmayan planı, 208 nəfər öldürüldü - VİDEO

Video əlavə olunub.

***

İranda benzindən istifadə azalıb.

Publika.az xəbər verir ki, bahalaşmadan əvvəl gündəlik 98 milyon 700 min litr həcmində istehlak olunan benzin bahalaşmadan sonra 76 milyon 600 min litrə düşüb.

İran Milli Neft Məhsulları Distribütor Şirkətinin baş meneceri Əmri Vəkilzadə noyabrın 15-dən bu yana benzindən istifadənin 22 faiz azaldığını deyib.

Qeyd edək ki, ABŞ-ın maliyyə sanksiyaları ilə iqtisadi baxımdan çətin günlər keçirən İran xalqı noyabrın 15-də benzinin 3 qat bahalaşmasından sonra küçə iğtişaşlarına başlamış, dövlət qurumları, bank və yanacaqdoldurma məntəqələrini yandırmışdı. Etirazlarda 7 min nəfər saxlanılmış, 208 nəfər ölmüşdü.

Prezident Həsən Ruhani bahalaşmadan əldə olunan gəlirin kasıblara paylanacağını desə də, ekspertlər dövlət büdcəsində yaranan kəsirin bir hissəsinin bağlanması üçün bu addımın atıldığını düşünür.

Zümrüd,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm