Sarksyanın qardaşı oğlu Ermənistana ekstradisiya ediləcək
Bizi izləyin

Region

Sarksyanın qardaşı oğlu Ermənistana ekstradisiya ediləcək

Çexiyanın səlahiyyətli orqanları Ermənistan Baş Prokurorluğunun bu ölkənin sabiq prezidenti Serj Sarksyanın qardaşı oğlu Narek Sarksyanla bağlı cinayət təhqiqatını aparmaq üçün Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə vəsatətini təmin etməklə bağlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun məsləhətçisi Qor Abramyan bildirib.

"Geniş ictimai marağı nəzərə alaraq bildiririk ki, Çexiya Respublikasının səlahiyyətli orqanları Ermənistan Respublikasının Baş Prokurorluğunun axtarışda olan Narek Sarksyanın cinayət təhqiqatı məqsədi ilə Ermənistan Respublikasının hüquq-mühafizə orqanlarına ötürülməsi barədə vəsatətini təmin etmək barədə qərar qəbul edib. Bununla əlaqədar olaraq Ermənistan Respublikasının Baş Prokurorluğu polisə Narek Sarksyanın ekstradisiyasını təşkil etməyi tapşırıb", - o qeyd edib.

Ermənistanda S.Sarksyanın qardaşı oğluna qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, işgəncə vermək ittihamları irəli sürülüb.

Qeyd edək ki, bir neçə ay əvvəl də Çexiyanın paytaxtı Praqa şəhər məhkəməsinin Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarksyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul etməsi haqqında məlumat yayılmışdı.

Xatırladaq ki, ötən il dekabrın 7-də "İnterpol" və Praqa polisi 31 yaşlı N.Sarksyanı saxlayıb. Sənədləri yoxlanılan zaman onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm