Region
Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI - ANBAAN VİDEO
Türkiyə F-16-ları ilə Yunanıstan Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin Egey dənizi üzərində üz-üzə gəlməsi ilə bağlı maraq doğuran video üzə çıxıb.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən videonu Yutub şəbəkəsindəki “Təşkilat TV” kanalı paylaşıb.
Videoda türk pilotların Yunanıstan hərbi təyyarələrinə Egey dənizi üzərində uçmağa imkan verməməsi, davamlı olaraq qovması və sonda yunan pilotların həmin hava məkanını tərk etməsi görünür.
Qeydə alınmış görüntülərdə türk pilotların yunan qırıcılarını daim hədəfdə saxladığı və bir atəşlə məhv edə biləcəyi aydın sezilir.
Yunanıstan Müdafiə naziri Nikos Panqiotopulos isə hadisəni başqa cür şərh etməyə çalışıb. O, Yunanıstan Hava Qüvvələrinə məxsus 38 ədəd F-16 və Miraj-2000 reaktiv təyyarələrinin Egey dənizi üzərində havaya qalxdığını iddia edib. Nazir yunan pilotlarların guya türk pilotlarına “dərs verməsi” haqda fikir səsləndirsə də, üzə çıxan bu video həqiqəti – türk pilotlarının müstəsna ustalığını, yunan qırıcıların qaçmasını gözlər önünə sərir.
Qeyd edək ki, türk pilotlar NATO qüvvələri içərisində xüsusi peşəkarlıqları və cəsarətləri ilə seçilirlər.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı