Türkiyəyə qarşı şok qərar DE-ŞİFRƏ oldu: Mətnin DETALLARI
Bizi izləyin

Region

Türkiyəyə qarşı şok qərar DE-ŞİFRƏ oldu: Mətnin DETALLARI

Türkiyənin Liviya ilə Aralıq dənizində sərəhədlərinin müəyyən edilməsi ilə bağlı tarixi razılaşmasından sonra Yunanıstan başda olmaqla dənizin karbohidrogen ehtiyatlarının bölüşdürülməsində marağı olan ölkələr Ankaraya qarşı hücumları intensivləşdirir.

Publika.az
xəbər verir ki, anlaşmaya etiraz olaraq, Liviya səfirini ölkədən çıxaran Yunanıstan BMT-yə də şikayət edib.

“Röyters” yazır ki, Avropa İttifaqının bu gün başlayacaq və iki gün davam edəcək zirvə görüşündə Afinanın Türkiyə-Liviya anlaşmasının əleyhinə hazırladığı sənəd müzakirə olunacaq.

Agentliyin əldə etdiyi məlumata görə, Aİ ölkələrinin liderləri “Türkiyə və Liviyanın dəniz sərhədinin Aralıqdakı üçüncü ölkələrin suverenlik haqlarını pozduğu və BMT-nin Dənizçilik Hüququna zidd olduğunu” dilə gətirəcəklər.

Mətndə həmçinin, “Avropa Komissiyasının Türkiyənin addımları qarşsında birmənalı olaraq, Yunanıstan və yunan Kiprli ilə eyni mövqedədir” ifadələri də yer alıb.

Qeyd edək ki, Türkiyə Liviya ilə Aralıq dənizindəki sərhədlərini müəyyən etməklə Yunanıstanın, yunan Kiprinin və Misirin dənizdəki planlarını alt-üst edib. Anlaşma dekabrın 8-də qüvvəyə minib və BMT-yə təqdim olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm