Türkiyə Rusiya ilə birləşib ABŞ-a növbəti zərbəni endirəcək - 2020-ci ildə ŞOK PLAN
Bizi izləyin

Region

Türkiyə Rusiya ilə birləşib ABŞ-a növbəti zərbəni endirəcək - 2020-ci ildə ŞOK PLAN

Türkiyə Rusiya ilə S-400 müdafiə komplekslərinin ortaq istehsalı və texnologiya transferi sahəsində yeni müqaviləni gələn ilin aprel ayına qədər imzalayacaq.

Publika.az xəbər verir ki, bunu “Röyters” agentliyi iddia edib.

Xəbərə görə, Müdafiə Sənayesi naziri İsmail Dəmir paytaxt Ankarada bir qrup jurnalistə Türkiyə ilə Rusiya arasında ikinci hissə S-400 sistemlərinin ortaq istehsalı və texnologiya transferi mövzusundakı görüşlərin davam etdiyini açıqlayıb.

Nazir ABŞ-ın “Patriot” sistemləri ilə hələ də maraqlandıqlarını bildirib.

Qeyd edək ki, sistemlərin ilk hissəsi bu ilin iyul ayında Türkiyəyə göndərilib.

Xatırladaq ki, bu komplekslərin satışı ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi pik həddə çatdırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm