SON DƏQİQƏ: Soydaşlarımıza xəbərdarlıq edildi - "ÇÖLƏ ÇIXMAYIN"
Bizi izləyin

Region

SON DƏQİQƏ: Soydaşlarımıza xəbərdarlıq edildi - "ÇÖLƏ ÇIXMAYIN"

İranda hava çirkliliyi səbəbilə 1541 nəfər xəstəxanaya müraciət edib.

Publika.az xəbər verir ki, onlar xəstəxanalara nəfəs çatışmazlığı və ürək ağrısı şikayətlərilə müraciət edib.

İranın Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Müctəba Xalidi Tehran, İsfahan, Əlburz və mərkəz əyalətlərindən müraciətlərin son sutka ərzində daxil olduğunu deyib:

"1051 müraciət Tehrandan daxil olub. Onlardan 570-də nəfəs çatışmazlığı, 971-də isə ürək ağrıları olub. Bölgə sakinlərinə vacib olmadığı təqdirdə çölə çıxmamaları və ağızlıqdan istifadə etmələri tövsiyə olunur. Çirkliliyin 120 mikroqram/kubmetr olduğu Təbrizdə də həssas qruplar nəqliyyatdan bacardıqca istifadə etməsinlər".

Qeyd edək ki, Tehran hava çirkliliyinə görə dünyada 12-ci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm