Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: Hər an...
Bizi izləyin

Region

Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: Hər an...

Balıkəsirdə dağıdıcı zəlzələnin başvermə ehtimalı İstanbuldakından daha yüksəkdir.

Axar.az xəbər verir ki, bu sözləri TMMOB Geologiya Mühəndisləri komissiyasının nümayəndəsi Aysun Ayxan deyib.

“Bu yaxınlarda 5 və 4,6 bal gücündə baş verən zəlzələlər Gelenbe qırılma zonası və Simav qırılma zonasının kəsişmə nöqtəsinə yaxın bir yerdə oldu. Daha sonra 0,8 və 3,5 böyüklüyündə 90-a yaxın təkan meydana gəldi. Balıkəsirin il və ilçələri dünyanın ən aktiv seysmik zonalarından sayılan Şimali Anadolu qırılma zonasının cənub qolunun üzərində yerləşir”, - deyə Ayxan bildirib.

Ekspert əlavə edib ki, Balıkəsirdə 7,2 bala qədər zəlzələnin olması istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm