Ərdoğan Osmanlını bərpa etmək üçün... - Sensasion plan
Bizi izləyin

Region

Ərdoğan Osmanlını bərpa etmək üçün... - Sensasion plan

Türkiyə Prezidenti Tayyib Rəcəb Ərdoğan Osmanlı imperiyasının yenidən qurulması üçün gizli siyasət yürüdür.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransada nəşr olunan “Le Figaro” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə vurğulanıb ki, 2003-cü ildən bəri Ərdoğan tərəfindən idarə olunan Türkiyə 1974-cü ildə Kiprin nəzarətə keçirdiyi ərazilərini həmişəlik əlində saxlamaq istəyir:

“Adanın səthinin 38% -i heç bir dövlət tərəfindən tanınmayan Şimali Kipr Türk Respublikasına çevrilib. Üstəgəl Kiprin dənizdəki qaz yataqlarını inhisara almaq və Levantdan Yunanıstana gedən qaz boru kəmərinin yaradılmasının qarşısını almaq üçün Şərqi Aralıq dənizinə nəzarət etmək istəyir.
Geosiyasətdə tarixi uzunmüddətli perspektivdə başa düşmək vacibdir. 2011-ci ildən bu yana Rəcəb Ərdoğan Osmanlı imperiyasının bərpası üçün gizli siyasət yürütməyə başlayıb. Bu məqsədlə Türkiyə Bosniya, Tunis, Liviya, Misir və Suriyadakı təsir dairəsini bərpa etməyə çalışdı. Lakin işlər yaxşı getmədi. Qahirə, Dəməşq və Benqazi onunla bütün münasibətləri kəsdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm