Türkiyə də növbədənkənar seçkilərə gedir? - AÇIQLANDI
Bizi izləyin

Region

Türkiyə də növbədənkənar seçkilərə gedir? - AÇIQLANDI

“Türkiyənin erkən seçkilərdən daha çox hərəkətə ehtiyacı var”.

Publika.az xəbər verir ki, bu sözləri “Xəbər7”yə GENAR Araşdırma Şirkəti idarə heyətinin rəhbəri İhsan Aktaş deyib.

Bu il bələdiyyə seçkilərindən sonra tez-tez səslənən növbədənkənar seçkilərin keçirilməsi iddialarını şərh edən Aktaş bildirib ki, Türkiyə seçkilərə öyrəşdiyi üçün yeni seçki keçirilməsi tələbi ortaya çıxıb: “Hökumət prosesi davam etdirmək istəyir, müxalifət də seçki istəmir. Amma bu gündən sabaha erkən seçkilərə getmək kimsə üçün də, məmləkət üçün də ağlabatan deyil. Türkiyədəki hər məsələ səs faizlərinə 3-5 xal təsir etmir. Aparılan araşdırmaya görə, AK Partiya 40%, MHP 11%, HDP-nin ona yaxın bir səsi var, CHP 26%, İYİ Partiyası 7,8%, qalan partiyalara da 4 faizlik bir hissə qalır”.

Növbəti seçkilərdə əhalinin gənc qisminin necə rol oynayacağına dair verilən suala araşdırmaçı belə cavab verib: “Türkiyə gənc əhaliyə sahibdir. Gənclər daha çox müxalif olmağı, meydan oxumağı və qarşı çıxmağı sevirlər. Yeni nəsl əvvəlki yeni nəsillərə də bənzəmir. Gənclik bir cümlədən təsirlənə bilir. Məsələn, ətraf mühit, din, tarix mövzularında fikirləri üst-üstə düşən, daha post-modern, konvensional qəliblərə uymayan gəncliyimiz var. Dolayısı ilə, bütün partiyalar bu gəncləri itirə bilər. Digər tərəfdən isə bütün partiyalar bu gəncləri qazana bilər. Məncə, ən böyük zəiflik iqtidar zəifliyidir. Çünki gənclər daha çox müxalifət duruşu sərgiləmək istəyir. Gənclər “biz əvvəllər belə edərdik” kimi şeylərdən xoşlanmır. 20-30 il əvvəl bilgi atadan oğula keçirdi. İndi proses tərsinə gedir. Bu gün 13 yaşlı uşaq atasından daha çox bilgiyə sahibdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm