SON DƏQİQƏ: Rusiya səsdən 27 qat sürətli raketlərini yerləşdirdi - Putindən ABŞ-a MÜHARİBƏ XƏBƏRDARLIĞI
Bizi izləyin

Region

SON DƏQİQƏ: Rusiya səsdən 27 qat sürətli raketlərini yerləşdirdi - Putindən ABŞ-a MÜHARİBƏ XƏBƏRDARLIĞI

Rusiya Müdafiə Nazirliyi istifadəyə hazır olan “Avanqard” hipersəs raketlərini quraşdırıb.

Publika.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Nüvə başlığı daşıma qabiliyyəti olan raketlərin hansı nöqtələrə yerləşdirildiyinə dair bilgi verilməyib.

"Avanqard"la bağlı danışan Rusiya prezidenti Vladimir Putin yeni nəsil silahın 1957-ci ildə SSRİ-nin kosmosa ilk dəfə peyk göndərməsinə bərabər hadisə olduğunu bildirib. Qeyd edib ki, Rusiyanın yeni nəsil nüvə silahları dünyada, demək olar ki, hər nöqtəni vura biləcək potensialdadır. ABŞ istehsalı olan hər hansı hava hücumundan müdafiə sistemi isə bu silahlara qətiyyən əngəl ola bilməz: “Bu gün yeni və yaxın tariximizdə analoqu olmayan hadisəyə şahidlik edirik. Digər ölkələr bizə çatmağa çalışır. Tək bir ölkə belə qitələrarası mənzilə sahib səsdən sürətli silahlar bir yana qalsın, səsdən sürətli silaha sahib deyil”.

Qeyd edək ki, “Avanqard” təchiz edildiyi ballistik raketinin sürətini səs sürətinin 27 qatına çıxara bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm