Parlament növbədənkənar toplanır
Bizi izləyin

Region

Parlament növbədənkənar toplanır

Türkiyə Böyük Millət Məclisi fövqəladə iclas keçirəcək.

Publika.az xəbər verir ki, 2 yanvarda baş tutacaq toplantıda Liviyaya ordu göndərmək təklifi müzakirəyə çıxarılacaq.

Ədalət və İnkişaf Partiyasının İdarə Heyətindən millət vəkillərinə göndərilən məlumatda Liviyaya əsgər göndərilməsini təsdiq edən layihənin 30 dekabrda parlamentə təqdim oluna biləcəyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyada qanuni hökumətin tələb edəcəyi təqdirdə, inqilabçı general Xəlifə Haftara qarşı ordu göndərə biləcəklərini açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm