500 illik məsciddə yanlışlıq aşkarlandı
Bizi izləyin

Region

500 illik məsciddə yanlışlıq aşkarlandı

Türkiyənin məşhur Süleymaniyyə məscidində gedən restavrasiya işləri zamanı giriş qapılarından birinin üstündə yanlışlığa yol verildiyi üzə çıxıb.

Kult.az xəbər verir ki, qapının üstündəki lövhələrdə “Sad” surəsinin 49 və 50-ci ayələrinin yeri daha əvvəl aparılan bərpa işləri zamanı dəyişik düşüb.

Belə ki, əslində, 50-ci ayə solda, 49-cu ayə sağda olmalıdır, lakin lövhələr yanlış yerləşdirilib.

Aidiyyəti qurumlar bu yanlışlığın düzəldilməsinin uzun proses olduğunu, ona görə də hələ ki belə qalacağını deyiblər.

Qeyd edək ki, Süleymaniyyə məscidi 1550-1557-ci illərdə Memar Sinan tərəfindən inşa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm