Ərdoğanla Tramp telefonla danışdı
Bizi izləyin

Region

Ərdoğanla Tramp telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri, Liviya və Suriyadakı hadisələr də daxil olmaqla regional məsələləri müzakirə ediblər.

T.Ərdoğan İraqda ABŞ-ın təhlükəsizlik qüvvələrinə edilən hücumdan təəssüfləndiyini və ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumların dayandırıldığından məmnun olduğunu bildirib.

Telefon danışığı zamanı hər iki lider regional problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və ikitərəfli münasibətlərdə qarşılıqlı məqsədlərə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm