Paşinyandan Azərbaycanla bağlı İNANILMAZ SÖZLƏR: 2020-ci ildə...
Bizi izləyin

Region

Paşinyandan Azərbaycanla bağlı İNANILMAZ SÖZLƏR: 2020-ci ildə...

Ermənistan İqtisadi İnkişaf Təşəbbüsləri (EİİT) Mərkəzi Beynəlxalq Valyuta Fondunun (BVF) 2019-cu ildə ölkələr üzrə adambaşına düşən Ümumi Daxili Məhsulla (ÜDM) bağlı hesabatına açıqlama verib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, mərkəzin açıqlamasında BVF-nin hesabatı ilə erməni baş nazirin iddiasının üst-üstə düşəmədiyi bildirilib.

Məlumatda qeyd edilib ki, son bir ildə Ermənistanda adambaşına düşən ÜDM-in ABŞ dollarına nisbətdə artımı müşahidə edilsə də, bu, ölkədə yaşayış səviyyəsinə təsir etməyib.

Bu arada, Beynəlxalq Valyuta Fondunun hesabatlarında Ermənistanın adambaşına düşən ÜDM-nin dollarla müqayisədə Azərbaycandan aşağı səviyyədə olduğu qeyd olunur. BVF-nin məlumatına görə, 2019-cu ildə Ermənistanda adambaşına düşən ÜDM dollara nisbətdə 4530 dollar, Azərbaycanda 4.690 dollar, Gürcüstanda isə 4.290 dollar təşkil edib.

EİİT-in açıqlamasında vurğulanıb ki, Ermənistanda adambaşına düşən ÜDM-in alıcılıq qabiliyyəti pariteti (PPP) isə 11.083 təşkil edib. Bu göstərici ilə respublika qonşuları - Gürcüstan (12227) və Azərbaycandan (18.615) geridə qalır.

Mərkəzin ekspertləri xatırladır ki, Baş nazir Nikol Paşinyan ötən ilin əvvəlində Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə 2019-cu ildə Gürcüstan və Azərbaycanı qabaqlayacağını bildirmişdi: “BVF-nin rəsmi saytında dərc olunan hesabat isə bunu təkzib edir”.

Ermənistan baş naziri BVF-nin hesabatı təqdim etməsindən sonra verdiyi açıqlamada da həmin – baş tutmayan iddiasını yenə təkrar edib: “2019-cu ilin sonunda Gürcüstanı keçdik, 2020-ci ildə Cənubi Qafqazın aparıcı iqtisadi ölkəsi olan Azərbaycanın da önünə keçəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm