Region
İran ÇALXALANIR: vətəndaşlar küçələrə axışdı, çox sayda həbslər var - FOTO
Ukrayna Hava Yollarına məxsus təyyarənin İran ordusu tərəfindən raketlə vurulması və 176 nəfərin həlak olmasından sonra ölkədə hökumətə qarşı baş qaldıran etiraz aksiyaları əvvəlki şiddəti ilə davam edir.
Publika.az xəbər verir ki, İranın bir çox böyük şəhərlərinə yayılan aksiyalarda polislə xalq arasında insidentlər baş verir, çox sayda həbs edilənlər var.
Xalq başda dini lider Ayətullah Əli Xamenei başda olmaqla, qəzaya səbəb olanların istefasını və məsuliyyətə cəlb olunmasını istəyir.
Bu arada, İranın müxalifət liderlərindən biri olan Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi saxlanılıb.
“Fars” agentliyi xəbər verir ki, Kərrubi 3 gündür ölkə miqyasında davam edən hökumətə qarşı baş qaldıran etiraz aksiyalarına verdiyi dəstəyə görə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.
Milli Təhlükəsilik Partiyası Mərkəzi Şurasının üzvü olan Mehdi Kərrubi 12 iyun 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən namizədlərdən biri olub. Seçkilərdən sonra baş qaldıran etiraz aksiyalarına dəstək verdiyi üçün ev həbsinə məhkum edilib.
Zümrüd
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü