Mişustinin Baş nazir seçilməsi Ermənistanla münasibətlərə necə təsir edəcək? - Nazir cavab verdi
Bizi izləyin

Region

Mişustinin Baş nazir seçilməsi Ermənistanla münasibətlərə necə təsir edəcək? - Nazir cavab verdi

Rusiyanın daxili siyasi prosesləri Ermənistanla münasibətlərə təsir etməyəcək.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

Jurnalistlərlə brifinqində Rusiyada hökumətin tam tərkibdə istefası barədə danışan nazir bildirib ki, İrəvan ilə Moskva arasındakı strateji münasibətlər güclüdür.

"Ermənistan-Rusiya münasibətlərinin kifayət qədər möhkəm təməli və çox zəngin ortaq gündəliyi var. Biz bütün platformalarda çox təsirli və aktiv işləyirik", - Mnatsakanyan bildirib.

Qeyd edək ki, Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini hökumət başçısı kimi təsdiq edib. O, erməni əsillidir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm