Tehrandakı hava limanında bütün reyslər təxirə salındı - BU SƏBƏBDƏN
Bizi izləyin

Region

Tehrandakı hava limanında bütün reyslər təxirə salındı - BU SƏBƏBDƏN

Güclü qar səbəbindən İrann paytaxtı Tehranın ikinci ən böyük hava limanı olan Mehrabad aeroportunda bütün reyslər təxirə salınıb.

Publika.az xəbər verir ki, İranın daxilinə reyslərin həyata keçirildiyi limanda təmizlik işlərini başa çatdırmaq mümkün olmur. Belə ki, aramsız qar yağması hava limanında işləri iflic edib.

Qeyd edək ki, son sutka ərzində İranın bir sıra şimal bölgələrinə güclü qar yağıb və bu səbbədən məktəblərin fəaliyyəti dayandırılıb. Hazırda Tehranın əsas beynəlxalq hava limanı gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm