Afinadan Türkiyəyə kritik zəng: Yardıma hazırıq!
Bizi izləyin

Region

Afinadan Türkiyəyə kritik zəng: Yardıma hazırıq!

Yunanıstan Xarici İşlər naziri Nikos Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi yaradaraq, zəlzələdən dolayı yardıma hazır olduqlarını bəyan edib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, yunan nazir təbii fəlakətdə ölənlərin ailələrinə başsağlığı verib, yaralılara isə təcili şəfalar diləyib.

Son məlumatlara görə, Elazığ bölgəsində baş verən 3 şiddətli zəlzələ nəticəsində 6 nəfər ölüb, 225 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm