Zərif Ukrayna təyyarəsini "yanlışlıqla" vuran şəxsdən danışdı: "Qızıl medal aldı..."
Bizi izləyin

Region

Zərif Ukrayna təyyarəsini "yanlışlıqla" vuran şəxsdən danışdı: "Qızıl medal aldı..."

İranın paytaxtı Tehranda Ukrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsini “yanlışlıqla” raketlə vuran şəxs həbsdədir.

Publika.az xəbər verir ki, bunu İranın Xarici İşlər nazir Məhəmməd Cavad Zərif deyib.

“Der Spiegel” dərgisinə müsahibə verən Zərif İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qasım Süleymaninin ölümünə də toxunub: “ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Süleymaninin ölümündən sonra küçələrdə rəqs edən iraqlılar olduğunu demişdi. Amma biz İraqda görkəmli yas mərasimləri gördük. ABŞ bu şərtlər altında heç bir fayda və mənfəəət əldə edə bilməyəcək”.

Təyyarə qəzası ilə bağlı danışan nazir bu sözlərə yer verib: “1988-ci ildə ABŞ tərəfindən İranın sərnişin təyyarəsi vuruldu. ABŞ bu zamana qədər üzr istəmədi. Bu hücumu gerçəkləşdirən amerikalı komandir qızıl medal aldı. Amma Ukraynanın təyyarəsini yanlışlıqla vuran şəxs hazırda İranda həbsdədir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm