• USD 1,7000 0,00% EUR 1,8478 +0,08%
    • GBP 2,2083 +0,41% RUB 0,0260 -1,92%

Ərdoğan zəlzələdə ölənlərin sayını açıqladı

  • Region
  • 26 Yanvar 2020 12:29
  • 808 Baxış
Ərdoğan zəlzələdə ölənlərin sayını açıqladı

İndiyə qədər Elazığda baş verən zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1600-dən artıq insan yaralanıb.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda çıxışı zamanı deyib.

T.Ərdoğan bildirib ki, indiyə qədər zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1607 nəfər isə xəsarət alıb.:"Lazım olan hər şey təbii fəlakət zonasına çatdırılıb. Dövlət vətəndaşlara hər cür kömək göstərir. 45 nəfər dağıntılar altından sağ çıxarılıb. Zəlzələ nəticəsində dağılan və zərər görən evlərə dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər bitdikdən sonra bərpa işləri başlayacaq. Hazırda 3 nazirimiz, millət vəkillərimiz oradadır. Onlar komandaları ilə birlikdə dəyən ziyanın qiymətləndirmə işlərini davam etdirirlər".

Qeyd edək ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR