Region
Xəzər dənizində quş ovu qadağan edildi
İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların qeyri-adi şəkildə tələfatını nəzərə alaraq vilayətin şərqində köçəri quşların ovu qadağan edilib.
Bunu İranın Mazandaran vilayətinin ətraf mühitin mühafizəsi idarəsinin baş direktoru İbrahim Karnami deyib.
İ.Karnaminin sözlərinə görə, insan sağlamlığının qorunması məqsədilə Feridunkənar rayonunda köçəri quşların satışı bazarının fəaliyyəti dayandırılıb.
Karnami əlavə edib ki, köçəri quşların tələfatının səbəbi bəlli olmadığına görə, əhaliyə bu quşlardan istifadə etməmək tövsiyə olunub.
Qeyd edək ki, ötən 4 gün ərzində Miyankala yarımadası ətrafında 4,1 min köçəri quş toplanaraq basdırılıb. Bu gün isə bu say 5,95 min ədədə çatıb. Tələf olan quşlar əsasən qaşqaldaq, ördək və flaminqodur. Quşların hansı səbəbdən tələf olması ilə əlaqədar araşdırma aparılır. (trend)
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye