Prokurorluq bu şəxsləri istintaqa cəlb etdi - Zəlzələyə görə...
Bizi izləyin

Region

Prokurorluq bu şəxsləri istintaqa cəlb etdi - Zəlzələyə görə...

Türkiyənin Elazığ şəhərində baş verən zəlzələdən sonra sosial mediada təxribat xarakterli paylaşımlar edən 50 nəfər istintaqa cəlb olunub.

Publika.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu həmin şəxsləri “xalq arasında təşviş və qorxu yaratmaq”, “Türkiyə millətini və respublikasını, Böyük Millət Məclisini, hökuməti və dövlət güc strukturlarını təhqir etmək” maddələri ilə ittiham edir.

İstintaq çərçivəsində həbs edilən olmasa da, şübhəlilərin hesab və paylaşımlarının analizi davam edir.

Qeyd edək ki, Elazığ şəhərində 25 yanvar tarixində 6,8 və 5,4 bal gücündə zəlzələ baş verib. Nəticədə 40-a yaxın insan həlak olub. Mindən çox yaralı var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm