SON DƏQİQƏ: Türkiyədə yenə zəlzələ oldu
Bizi izləyin

Region

SON DƏQİQƏ: Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Muğla şəhərində zəlzələ olub.

Publika.az xəbər verir ki, yerli vaxtla 08:10-da Marmaris sahillərində 4,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Tələfat və fəsadla bağlı məlumat verilməyib.

Qeyd edək ki, 25 yanvarda Elazığ şəhərində baş verən 6,8 bal gücündə zəlzələ zamanı 40-a yaxın insan dünyasını dəyişib, mindən çoxu xəsarət alıb.

Dünyanın ən aktiv bölgələrindən olan Anadolu seysmik xəttinin üzərində yerləşən Türkiyədə bir neçə gündür ki, silsilə zəlzələlər baş verir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm