SON DƏQİQƏ: İdman kompleksi çökdü - Ölən var (FOTO)
Bizi izləyin

Region

SON DƏQİQƏ: İdman kompleksi çökdü - Ölən var (FOTO)

Rusiyada işçilərin işlədiyi obyekt çöküb.

Publika.az xəbər verir ki, Sankt-Peterburq şəhərində yerləşən idman və konsert kompleksində söküntü işləri zamanı bədbəxt hadisə baş verib. Dağıntılar altında qalan 1 işçi ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, hadisə 25-28 min kvadratmetr ərazidə baş verib. Orada 68 xilasedici və 18 tikinti maşını işləyir.

Qeyd edək ki, kompleksin dünyanın ən böyük hokey arenası olacağı planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm