Səmada görünən işıq insanları təşvişə saldı - VİDEO
Bizi izləyin

Region

Səmada görünən işıq insanları təşvişə saldı - VİDEO

Türkiyənin Elazığ vilayətində baş verən zəlzələ zamanı səmada müşahidə olunmuş parıltının mahiyyəti açıqlanıb.

Publika.az xəbər verir ki, türkiyəli alimlərin sözlərinə görə, zəlzələ güclü olduğundan qayalar bir-birinə sürtünüb. Nəticədə yaranmış qığılcım parıltını əmələ gətirib. Elm adamları bildirib ki, güclü zəlzələlər zamanı belə halların müşahidə edilməsi normal haldır.

Qeyd edək ki, Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər həyatını itirib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm