Ərdoğandan Rusiya ilə bağlı KRİTİK SÖZLƏR: Bu mərhələdə...
Bizi izləyin

Region

Ərdoğandan Rusiya ilə bağlı KRİTİK SÖZLƏR: Bu mərhələdə...

“Rusiya ilə bu mərhələdə bir qarşıdurma və ya ciddi ziddiyyətə daxil olmağımıza gərək yoxdur. Rusiya ilə çox ciddi strateji təşəbbüslərimiz var”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejimi və Rusiyanın türk əsgərlərinə hücumu İdlib memorandumunun açıq pozuntusudur: “Rejim üçün təbii ki, bunun nəticələri olacaq. Əməliyyatların Əsəd rejiminə ciddi dərs olduğu qənaətindəyəm. Amma dayanmayacağıq. Eyni qətiyyətlə davam edəcəyik. Hərbi müşahidə məntəqələrimiz orada həyati əhəmiyyət kəsb edir. Lazımi tədbirlər görülür”.

Qeyd edək ki, sözügedən hücum ötən gün baş tutub. Nəticədə 4 türk əsgəri şəhid olub, 9-u yaralanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm