İdlibdə Əsədin qələbəsi qaçılmazdır - Lavrov
Bizi izləyin

Region

İdlibdə Əsədin qələbəsi qaçılmazdır - Lavrov

"İdlibdə Bəşər Əsədin qələbəsi qaçılmazdır".

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib:

"Türkiyə ilə yaxşı münasibətlərimiz var, ancaq bu o demək deyil ki, bütün məsələlərdə eyni fikirdəyik. Ölkələr arasında istənilən məsələlərdə oxşar fikrin olması mümkün deyil".

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Çavuşoğlu görüşdən sonra tvitter səhifəsində paylaşım edərək Lavrov ilə faydalı danışıqların aparıldığını bəyan edib:

"Heyətlərimiz bazar ertəsi Moskvada bir araya gələcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm