Türkiyədə ardıcıl İKİ ZƏLZƏLƏ baş verdi
Bizi izləyin

Region

Türkiyədə ardıcıl İKİ ZƏLZƏLƏ baş verdi

Türkiyənin Van vilayətində rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanların episentri Tuşba rayonunda, yerin 10 kilometr dərinliyində yerləşib. Ardınca həmin bölgədə 3,7 bal gücündə daha bir zəlzələ baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün Vanda 4,7 bal gücündə zəlzələ baş vermişdi.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm