Putindən ŞOK QƏRAR: Onu vəzifədən uzaqlaşdırdı
Bizi izləyin

Region

Putindən ŞOK QƏRAR: Onu vəzifədən uzaqlaşdırdı

Rusiya prezidenti Vladimir Putin özünün köməkçisi Vladislav Surkovu vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Açıqlamaya görə, Putin Surkovun postundan uzaqlaşdırılması barədə fərman imzalayıb. Onun hansı səbəbdən vəzifədən uzaqlaşdırıldığı açıqlanmayıb.

Qeyd edək ki, Surkov 2013-cü ildən bəri Putinin köməkçisi vəzifəsini icra edirdi. Surkov əsasən Ukraynadakı problemlərin həllinə dair məsələlərlə bağlı çalışırdı. Surkovun hələ ötən ay işdən çıxarıldığı barədə xəbərlər yayılsa da, təsdiqini tapmamışdı.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm