Ərdoğanın dünyanı silkələyəcək müharibə anonsuna Rusiyadan CAVAB: Hazırıq
Bizi izləyin

Region

Ərdoğanın dünyanı silkələyəcək müharibə anonsuna Rusiyadan CAVAB: Hazırıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İdlibdə hərbi əməliyyat an məsələsidir” çıxışına Rusiyadan rəsmi cavab gəlib.

Publika.az xəbər verir ki, Kremlin Mətbuatla Əlaqələr Departamentindən verilən açıqlamada Suriya ordusuna qarşı türk əsgərləri tərəfindən keçiriləcək əməliyyatın ən zərərli ssenari olacağı bildirilib. Rəsmi Moskvanın Ankara ilə təmasları davam etdirdiyi də qeyd olunub.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da məsələ ilə bağlı açıqlama verib. Nazir Türkiyə ilə Suriya məsələsində aparılan danışıqların nəticəsiz qaldığını vurğulayıb: “Türkiyə ilə İdlib məsələsində bütün platformalarda işləməyə hazırıq. Buna ali platforma da daxildir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lavrov Rusiya Prezidenti Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlığı ilə bağlı bilgisi olmadığını qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm