İranda koronavirus DƏHŞƏTİ YAŞANIR: Bütün şəhərlərdə...
Bizi izləyin

Region

İranda koronavirus DƏHŞƏTİ YAŞANIR: Bütün şəhərlərdə...

İranda koronavirusun bütün şəhərlərə yayıldığı istisna edilmir.

Publika.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, hakim dairələr ölümcül virusun bütün ölkəyə yayıldığını ehtimal edir.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb. Ölüm halları paytaxt Tehran, Qum və digər şəhərlərdə qeydə alınıb. Virusa yoluxanların sayı 30-dan çoxdur. Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.

İrandakı vəziyyətlə bağlı Türkiyə və İraq sərhədi bağlayıb. Bəzi ölkələr İrana uçuşları dayandırıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm