Koronavirus QƏRARI UZADILDI - İrandan ölkəyə giriş qadağandır
Bizi izləyin

Region

Koronavirus QƏRARI UZADILDI - İrandan ölkəyə giriş qadağandır

İraq koronavirus (“Covid-2019”) epidemiyasının yayılmasına görə İrandan ölkəyə giriş qadağasının müddətini uzadıb.

Publika.az xəbər verir ki, hökumətin qərarına əsasən, iranlılar daha 15 gün müddətində İraq ərazisinə daxil ola bilməyəcək.

İraq Sərhəd Keçid Heyətindən verilən yazılı açıqlamada qərarın Epidemiya ilə Mübarizə Qurumu və İraqdakı İran səfirliyi ilə aparılan danışıqlar nəticəsində qəbul edildiyi bildirilib. Qərar sadəcə diplomatik pasporta sahib şəxslərə şamil olunmayacaq.

İran Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusdan ölənlərin sayı 8-ə, yoluxanların sayı isə 43-ə çatıb. Qeyri-rəsmi məlumata görə, İranda minə yaxın insanda koronavirus şübhəsi var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm