İranda DƏHŞƏT: koronavirusdan ölənlərin sayı 50-ə çatdı - Millət vəkili ŞOK FAKTLARI AÇDI - (YENİLƏNDİ)
Bizi izləyin

Region

İranda DƏHŞƏT: koronavirusdan ölənlərin sayı 50-ə çatdı - Millət vəkili ŞOK FAKTLARI AÇDI - (YENİLƏNDİ)

İran Parlamentinin Qum şəhərindən millət vəkili Əhməd Əmirabadi ölkədə koronavirusun 3 həftə əvvəl yayıldığını deyib.

Publika.az İranlı İşçilər Xəbər Agentliyinə istinadən xəbər verir ki, millət vəkili son 2 həftə ərzində 50 nəfərin epidemiyadan öldüyünü açıqılayıb.

Əmirabadi Səhiyyə Nazirliyini məsuliyyətsizlikdə və qeyri-peşəkarlıqda ittiham edib. O bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama gec verilib.

“Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələri müalicə edən tibb bacılarının xüsusi qoruyucu geyimləri yoxdur. Onlar xəstələrə qorxaraq yaxınlaşır. Xəstəliyi müəyyən edəcək texnologiya kifayət etmir. Bir çox əczaxanada maska belə yoxdur”,- deputat bildirib. O, Qum şəhərində 250 nəfərin karantində olduğunu qeyd edib.

Əmirabadi qeyd edib ki, Səhiyyə naziri Səid Nəməkiyə “xalqa niyə yalan danışırsınız?” deyib.

***

13:16

İranda koronavirusdan 50 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin yarı rəsmi xəbər agentliyi İLNA məlumat yayıb.

Xəbərə görə, Qum şəhərində 50-dən çox insan epidemiya səbəbilə ölüb.

Rəsmi xəbərlərdə isə bu rəqəm 12-dir.

Qeyd edək ki, koronavirusun ortaya çıxdığı Çində 12 dekabrdan bəri ölümlərin sayı 2 min 619-a çatıb. 3 min 434 nəfərdə virusa yoluxma şübhəsi var. Müşahidədə saxlanılanların sayı 97 min 481 nəfərdir.

Bu günə qədər virusdan 24 min 724 nəfərin sağaldığı bildirilir.

***

11:53

İranda koronavirusdan ölənlərin sayı 12-yə çatıb.

Publika.az xəbər verir ki, 47 nəfərə koronavirus diaqnozu qoyulub.

Bu barədə İran Dövlət Televiziyası informasiya yayıb.

Səhiyyə naziri Səid Nəməki “Kovid-19” diaqonozları ilə bağlı parlamentdə hesabat təqdim edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm