Koronavirusla bağlı Azərbaycanla Türkiyədən ORTAQ QƏRAR - Hərəkətə KEÇDİLƏR
Bizi izləyin

Region

Koronavirusla bağlı Azərbaycanla Türkiyədən ORTAQ QƏRAR - Hərəkətə KEÇDİLƏR

Çinin Uhan şəhərində ortaya çıxan və dünyaya yayılan koronavirusun İranda ölümlərə səbəb olmasına görə Türkiyə təhlükəsizlik tədbirlərini artırıb və qonşusu ilə sərhədlərini bağlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan pasportuna sahib iranlılar bu qadağanı pozaraq Azərbaycan vasitəsilə Türkiyəyə keçməyə çalışıb.

Bunu görən türklər hərəkətə keçib. Səhiyyə naziri Fahrettin Koca ötən gün azərbaycanlı həmkarı Oqtay Şirəliyevə zəngində bu məsələyə də toxunub və həssaslıqla yanaşılmasını təmənna edib. Virusla mübarizədə iki ölkənin ortaq hərəkət etməsi ilə bağlı razılığa gəlinib.

Qeyd edək ki, koronavirus çində 2 min 699 nəfərin həyatına son qoyub. İranda bu rəqəm 16-dır.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Türkiyə-Azərbaycan Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısına rəhbərlik edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm