132 nəfər İrandan təxliyə olundu - Nazirlik koronavirusa görə hərəkətə keçdi
Bizi izləyin

Region

132 nəfər İrandan təxliyə olundu - Nazirlik koronavirusa görə hərəkətə keçdi

Türkiyə İrandakı vətəndaşlarını təxliyə edir.

Publika.az xəbər verir ki, artıq 132 nəfər "Türk Hava Yolları"nın aviareysləri ilə paytaxt Ankaraya gətirilib. Sərnişinlər və ekipaj üzvləri 14 gün Zekai Tahir Burak Xəstəxanasında karantində saxlanılacaq.

Səhiyyə naziri Fahrettin Koca verdiyi yazılı açıqlamada 23 fevraldan etibarən İranla quru, dəmir və hava yolu keçidlərinin dayandırıldığını xatırladıb və Türkiyədən İrana qayıtmaq istəyən iranlılar üçün uçuşların həyata keçirildiyini bildirib.

Nazir qeyd edib ki, Türkiyədə koronavirus diaqnozu qoyulan yeni xəstə yoxdur.

Koca əlavə edib ki, İran və Naxçıvan sərhəd-keçid məntəqələrindən gələn bütün şəxslər tibbi baxışdan keçirilib. Soyuqdəymə simptomları olan 26 xarici vətəndaş ölkəyə buraxılmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm