DƏQİQƏLƏR QALDI - Rusiya Türkiyə ilə İdlibdə...
Bizi izləyin

Region

DƏQİQƏLƏR QALDI - Rusiya Türkiyə ilə İdlibdə...

Bu gün Türkiyə və Rusiya diplomat, kəşfiyyatçı və hərbi rəsmilərindən ibarət heyətlərarası görüş olacaq.

Publika.az xəbər verir ki, Türkiyə vaxtilə 18:00-da Xarici İşlər Nazirliyinin binasında başlanacaq görüşün ana gündəmi Suriyanın İdlib şəhərindəki son durumdur.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı verdiyi açıqlamada görüşdən İdlibdə hücumların daimi şəkildə dayandırılması ilə bağlı yekun qərarın çıxacağına ümid etdiklərini dilə gətirib.

İdlibdə Bəşər Əsəd rejimi Münbiç memorandumu çərçivəsində müəyyən edilən sərhədlərdən kənara çıxmalıdır.

Qeyd edək ki, Suriyanın Türkiyə ilə sərhədində yerləşən İdlib şəhərində türk ordusuna aid müşahidə məntəqələri Bəşər Əsəd rejiminə sadiq qüvvələrin hücuman məruz qalmış, nəticədə müxtəlif zamanlarda 16 türk əsgəri şəhid olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm