Putinə qarşı Ərdoğan doktrinası - Türkiyə lideri Moskvaya nə aparır?
Bizi izləyin

Region

Putinə qarşı Ərdoğan doktrinası - Türkiyə lideri Moskvaya nə aparır?

“Ərdoğanla Putin martın 5-də Moskvada görüşəcək, lakin proseslər göstərir ki, həmin vaxta qədər İdlibdə çox şey dəyişəcək”.

Publika.az
xəbər verir ki, bu barədə türkiyəli yazar Abdulkadir Selvi yazıb.

A.Selvi qeyd edir ki, Türkiyə Avropa qapılarını miqrantların üzünə açmaqla Qərbə, Əsəd rejiminə aid təyyarələri məhv etməklə Putinə başa düşdüyü dildə mesaj verir: “İki döyüş təyyarəsinin vurulmasından sonra İdlibdə yeni vəziyyət yarandı. Bəs, iki liderin görüşündə masada nələr olacaq. Uzunmüddətli atəşkəsin əldə edilməsi və 30 kilometrlik təhlükəsiz bölgənin yaradılması iki əsas maddədir”.

Türkiyəli yazar bildirir ki, Putin indiyə qədər Ankaranı yola verməyə çalışdı: “Bizə Qroznıda, Krımda, Gürcüstanda etdiyini etmək istədi. Lakin Putin doktrinası varsa, Ərdoğan doktrinasının olduğunu unutdular. Ərdoğan Moskvada masada oturarkən, Putinə arxasında buraxdığı xarabalığı göstərə bilər. Anlaşma olacaqsa, bundan sonra olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm