İdlib qazisindən ürəkdağlayan sözlər: "Heç bir müharibədə görülməyib" - FOTO
Bizi izləyin

Region

İdlib qazisindən ürəkdağlayan sözlər: "Heç bir müharibədə görülməyib" - FOTO

İdlib qazisi Ayhan Ertemiz Əsəd rejiminin 33 türk əsgərinin şəhid olmasına, özünün isə ayağından yaralanmasına səbəb olan hücumundan danışıb.

Publika.az-ın xəbərinə görə, piyada qoşunları çavuşu qeyd edib ki, həmin gün üzləşdikləri vəziyyətə heç bir müharibədə rast gəlinməyib:

"Etibarlı bölgəyə getmək üçün məhəllədən keçərkən artilleriya atəşinə məruz qaldıq. Üzərimizdə çox ağır bombardman yağışı var idi. Belə halla heç bir müharibədə üzləşməyiblər. İdlibə getmək, mübarizəyə qoşulmaq, əsgərlərimizlə çiyin-çiyinə vuruşmaq qürurvericidir. Fevralın 27-nə kimi son dərəcə uğurla irəlilədik. Türkiyə Silahlı Qüvvələri Suriyadakı işğala son qoymaq istəyir".

Qeyd edək ki, Kırklareli Lüleburgaz ilçəsindəki piyada qoşunlarında xidmətdə olan Ayhan Ertemiz 7 aydır ki, Suriyadadır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm