İrandan ŞAD XƏBƏR: koronavirusa yoluxmuş yüksək vəzifəli şəxs...
Bizi izləyin

Region

İrandan ŞAD XƏBƏR: koronavirusa yoluxmuş yüksək vəzifəli şəxs...

Qum Tibb Universitetinin koronavirusa yoluxan rektoru Məhəmməd Rza Qədir sağalıb.

Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, rektor koronavirusa qalib gələrək karantindən çıxıb. O, vəzifəsinə geri qayıdıb.

Qeyd edək ki, rektora və onun 2 köməkçisinə, həmçinin universitetin 2 doktoruna 25 fevral tarixində Kovid-19 diaqnozu qoyulmuşdu.

Çindən dünyaya yayılan Kovid-19 İranda ilk dəfə 19 fevralda aşkar olunmuşdu. Ölkədə epidemiyaya yoluxanların sayı 7 min 161-i keçib. 237 nəfər dünyasını dəyişib. 2min 394 nəfər sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm