Ərdoğan təkbətək görüş zamanı Putinə etdiyi təklifi açıqladı - Dedim ki...
Bizi izləyin

Region

Ərdoğan təkbətək görüş zamanı Putinə etdiyi təklifi açıqladı - Dedim ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada baş tutan sonuncu görüş zamanı rusiyalı həmkarı Vladimir Putinə Suriyadakı neft yataqları ilə bağlı təklif irəli sürüb.

Publika.az-ın məlumatına görə, bu barədə Ərdoğan görüşün detalları barədə danışarkən açıqlama verib. O bildirib ki, neftdən əldə edilən gəlir Suriyanın inkişafına yönəldilməlidir. Türkiyə tərəfi neftdən əldə edilən gəlirin dağılan infrastrukturun yenilənməsinə sərf olunmasını təklif edib.

Ərdoğanın sözlərinə görə, Putin bu təklifi müsbət qarşılayıb. Türkiyə prezidenti bildirib ki, o həmin təklifi amerikalı həmkarı Donald Trampa da edə bilər.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm