Koronavirusa görə 85 min məhkum azadlığa buraxıldı - ŞOK
Bizi izləyin

Region

Koronavirusa görə 85 min məhkum azadlığa buraxıldı - ŞOK

İran koronavirus pandemiyasının ölkədə geniş vüsət almasını əngəlləmək üçün 85 min məhkumu azadlığa buraxıb.

Publika.az xəbər verir ki, onların arasında siyasi məhbuslar da var.

Baş prokurorluğun sözçüsü Qulamhüseyn İsmaili məhkumların müvəqqəti olaraq evlərinə göndərildiyini açıqlayıb. Onların nə zaman geri qaytarılacağı bildirilməyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı İran həbsxanalarında həddən artıq sıxlıq olduğunu, gigiyenik qaydaların kobud surətdə pozulduğunu bildirmiş və siyasi məhbusların azadlığa buraxılmasını tələb etmişdi.

Xatırladaq ki, koronavirusun geniş yayıldığı ilk zamanlarda İran 70 min məhkumu sərbəst buraxmışdı.

Ölkədə COVID-19-dan 853 nəfər dünyasını dəyişib. 14 min 991 nəfərə virus diaqnozu qoyulub.

Məlumat üçün bildirək ki, İranda siyasi məhbusların əksər hissəsi azərbaycanlı fəallardan ibarətdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm