ATƏT regiondakı monitorinqləri dayandırır
Bizi izləyin

Region

ATƏT regiondakı monitorinqləri dayandırır

Trend-in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi, səfir Anjey Kasprşikin bəyanatında deyilir.

Publika.az xəbər verir ki, bəyanatda deyilir: "Koronavirusun yayılması ilə əlaqədar mövcud vəziyyət bütün bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli heyətin səyahətləri üçün məhdudiyyətlərə səbəb oldu. İnfeksiya riskini azaldılması üçün, həmçinin şəxsi təmaslara da məhdudiyyətlər mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər aradan qaldırılana qədər monitorinqlərin dayandırılması qərara alındı. Eyni zamanda, mən müvafiq hərbi hakimiyyətlərlə əlaqə saxlamağa davam edirəm".

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu 1997-ci ildə Rusiya, ABŞ və Fransanın həmsədrliyi üzrə formalaşıb.

23 ildir həmsədrlər münaqişənin tənzimlənməsi üçün regiona müxtəlif səfərlər edir, cəbhə xəttində monitorinqlər keçirir və ölkə liderlərinin görüşlərini təşkil etməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm