Koronavirusa təslim olan İran daha bir fəlakətlə üz-üzə: ölü və yaralılar durmadan artır
Bizi izləyin

Region

Koronavirusa təslim olan İran daha bir fəlakətlə üz-üzə: ölü və yaralılar durmadan artır

İranın 7 əyalətində meydana gələn sel fəlakəti can alıb.

Publika.az xəbər verir ki, “Fars” agentliyi 7 nəfərin həlak olduğu, 9 nəfərin xəsarət aldığı barədə məlumat yayıb. Ötən gün bu rəqəm müvafiq şəkildə 3 olub.

İran Təcili Yardım Qurumunun mətbuat katibi Müctəba Xalidi şiddətli yağışlardan sonra Hörmüzqan, Fars, Sistan- Bəlucistan, Buşəhr, Qum, Giylan və Kirman əyalətlərinin daşqınlar altında qaldığını bildirib.

2 nəfər seldə itkin düşüb.

Qeyd edək ki, İran yeni tip koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrdəndir. Ən son məlumatlara görə, İranda 21 min 638 nəfər koronavirusa yoluxub. 1685 nəfər dünyasını dəyişib. 7 min 913 nəfər sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm