İranda ötən gün koronavirusdan 157 nəfər öldü
Bizi izləyin

Region

İranda ötən gün koronavirusdan 157 nəfər öldü

İranda yeni koronavirus (COVID19) daşıyıcılarının sayı 29 406 nәfәrә çatıb.

Publika.az-ın xəbərinə görə, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur bildirib ki, ötәn gün әrzindә İranda bu virusa 2 389 nəfәr yoluxub, 157 nәfәr ölüb.

Bununla da İranda koronavirusun yeni növünün yayılması nәticәsindә 2 234 nәfәr ölüb, 2 746 nәfәrin vәziyyәti ağırdır.

İranda 50,8 milyon nәfәr koronavirus testindәn keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm